Çikaqoda qara görə 800-dən çox aviareys təxirə salınıb

Amerikanın Çikaqo şəhərində (İllinoys ştatı) yerləşən O'Hara beynəlxalq hava limanında şəhərə və ətrafına yağan qar səbəbindən 690-dan çox uçuş təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının “Twitter” səhifəsində bildirilib.

Daha əvvəl hava limanının rəhbərliyi uçuşların ləğvinin qar çovğununa görə olduğunu qeyd etmişdi.

Çikaqonun digər hava limanında – “Midvey”də isə əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmiş uçuşların sayı 170-i keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar