“Dünya qızdırma içərisindədir...” - Lavrov

Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın aqressiv fəaliyyəti müasir dünyada sabitliyi pozan açar amildir. 

Bu barədə çümə günü Rusiya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş konfansda bəyan edib(«TASS»).

«Dünya qızdırma içərisindədir…» - Lavrov qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələrinin, hər şeydən əvvəl «amerikalı həmkarların» təhlükəsizliyin beynəlxalq-hüquqi strukturlarının dağıdılmasına və beynəlxalq hüququn «özünün yaratdığı dünya düzəni ilə» əvəzlənməsinə yönəlmiş addımları daim buna aparır.

Lavrov bildirib ki, buna Vaşinqton tərəfindən orta və qısa mənzilli raketlərin ləğvi (OQMRL) barədəki müqavilənin «sındırılması» da aiddir. Bura həm də Fars körfəzi bölgəsində gərginliyin süni şəkildə artırılması və Yaxın Şərq tənzimlənməsinin ümumi əsaslarına yenidən baxmaq cəhdləri daxildir.

Lavrov NATO-nun Rusiya sərhədlərində hərbi fəallığının gücləndirilməsini də xatırladıb…

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar