Ərdoğan və İmamoğlunun reytinqi açıqlanıb

Türkiyənin “Metropoll” araşdırma şirkəti ötən ilin dekabrında ölkə ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

“Report” şirkətin “Twitter” hesabına istinadən xəbər verir ki, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu (48,6%, CHP) siyahıda ikinci, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (38,8%, CHP) isə üçüncü sırada qərarlaşıb.

Siyahıda həmçinin Devlet Bahçeli (34%, MHP), Kemal Kılıçdaroğlu (33,7%, CHP) və digər siyasətçilər var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar