Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR

 (R)Deputatlığa namizəd Çingiz Qənizadə 80 saylı dairəyə daxil olan İmişli rayonunun Boşçalılar, Buludlu və Sarıxanlı kəndlərində görüşlər keçirib. Modern.az xəbər verir ki, Çingiz Qənizadə bir daha özü haqqında məlumat verib. Qarşıda duran vəzifələrdən danışıb. 

Növbəti çağırış zamanı seçiciləri ona səs verərlərsə və seçərlərsə növbəti 5 ildə də İmişli rayonunun sosial-iqtisadi inkişafının artırılmasında, kəndlərdə olan müəyyən problemlərin həll olunmasında aktiv iştirak edəcəyinə, Milli Məclisdəki qanunverici fəaliyyətində əvvəlki illərdəki kimi aktiv olacağına eləcə də digər məsələlərlə bağlı çıxış edəcəyinə söz verib.

Görüşlərdə iştirak edən çoxsaylı seçicilərin sözlərinə görə, bundan əvvəlki seçkilərə qatılan Çingiz Qənizadə onları ləyaqətlə təmsil etmiş, mütəmadi olaraq kəndə gəlmiş, seçicilərini dinləmiş, onların ərizə və şikayətlərinə diqqətlə yanaşmış, hər il kəndlərdə görüşlər keçirib. Ona görə də seçicilər bu dəfə də namizədləri olan Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.

Daha sonra sakinlər Bakı-Horadiz dəmir yolu xəttinin kəndlərin yaxınlığından keçməsini nəzərə alaraq həmin ərazidə əvvəllər fəaliyyət göstərən stansiyada qatarın 2 dəqiqə dayanmasını xahiş ediblər. Bununla bağlı deputatlığa namizəd Çingiz Qənizadə məsələnin müsbət həlli üçün çalışacağına söz verib.

Sonda seçicilər çıxış edən Çingiz Qənizadəni alqışlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar