ABŞ PUA-sı Krım üzərində kəşfiyyat aparıb

ABŞ-a məxsus PUA Krım sərhədlərinin yaxınlığından uçub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “PlaneRadar” monitorinq resursu yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4 Global Hawk” modelli PUA NATO-nun Sicilyadakı bazasından qalxıb.

Qeyd edək ki, “RQ-4 Global Hawk” ABŞ-ın strateji pilotsuz uçan aparatıdır. “Northrop Grumman” şirkətinin törəmə müəssisəsində hazırlanıb. Bu tip PUA 2006-cı ildən bəri istifadədədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar