“20 Yanvar faciəsi xalqımıza qarşı törədilən qanlı cinayətdir” - Əli Əhmədov

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatları, YAP üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri YAP sədrinin müavini-icra katibi Əli Əhmədov açaraq deyib ki, 20 Yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi: “Bu cinayəti törədən də o zamankı sovet imperiyası və sovet imperiyasının rəhbərliyində duranlar idi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına, demək olar ki, rast gəlmək mümkün deyil. Yəqin ki, 20 Yanvar faciəsi yeganə haldır ki, bu faciəni və qırğını tördənlərin heç biri bu günə qədər cavabını almayıblar. Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə onun əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü”.

Onun sözlərinə görə, 30 il bundan əvvəl törədilən faciə, sadəcə olaraq, Azərbaycan tarixinin hüzn günü kimi qeyd edilməli deyil: “Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. Faciədən 30 il ötür, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu. Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin də böyük rolu var. Azərbaycan xalqı 20 Yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanlə yanvar faciəsi kimi yazılıb: “1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımlarını təmin edən ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlillərinin, şəhid ailələrinin, hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib".

Tədbir çıxışlarla davam edib.

635x100

Şərhlər

Vətəndaş 2020-01-18 21:21:30

Yazı gözəl yazılıb.Bəs 2020-1990=30 il! Niyə bu məsələ araşdırılıb son nəticəyə gəlinmədi? Yenə AZərbaycan Rusiyanın qucağına yuvarlandırılır? Bəs QArabağ və ətraf rayonlar məsələsi? Bunlarla kim məşğul olmalıdır? Hə il 20 Yanvar gələndə bir-iki yazı ilə özünüzə təskinlik verib.sonra hər şeyi unudub var-dövlət toplamaqla məşğuluq...Nə zaman gözləriniz açılacaq?

Son yazılar