Bakıda avtomobil 14 yaşlı qızı vuraraq öldürüb
Baxiş sayı:
Dərc olunub:
18/01/2020 - 14:15
Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.