Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar