BŞBPİ məktəblinin zorakılığa məruz qalması barədə iddialara münasibət bildirib

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı Rayon Polis İdarəsi İstintaq şöbəsində müvafiq araşdırmalar aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb.

Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib.

Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.

Məlumatda həmçinin qeyd olunur ki, azyaşlının anası, Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, M. Quliyevin anası Ə. Quliyeva oğlunun 2 saylı uşaq evinin fiziki, psixoloji təsirlərə məruz qaldığını iddia edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar