Bakıda qardaşını öldürənin apellyasiya şikayətinə baxılıb
Baxiş sayı:
Dərc olunub:
18/01/2020 - 18:20
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, A.Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2018-ci ilin oktyabr ayında Bakıda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.