Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
Baxiş sayı:
Dərc olunub:
18/01/2020 - 19:28
AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə “Report” AFFA-nın saytına istinadən xəbər verir.
Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.