Azərbaycan klubları Antalyada yoxlama matçları keçiriblər
Baxiş sayı:
Dərc olunub:
18/01/2020 - 22:15
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
"Report"un məlumatına görə, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama matçında qüvvəsini sınayıb.
Son ölkə çempionu "Qarabağ" qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ"Rusiyanın "Çayka" komandasını eyni hesabla məğlubiyyətə uğradıb.
İlk oyunda Macarıstanın "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib -1:1.
Nəhayət ilk görüşdə Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə də bacarmayıb - 1:3.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.