“Fənərbağça” səfərdən qələbə ilə qayıdıb

Türkiyə Super Liqasında XXVIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Alanyaspor” “Kayserispor”u darmadağın edib. Autsayderi “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin qolu və Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin qayıdışı da xilas etməyib.

“Başakşəhər” isə “Yeni Malatyaspor”u darmadağın edib. Günə “Qaziantep” – “Fənərbağça” matçı ilə yekun vurulub. İstanbullular səfərdən üç xalla ayrılıblar.

Qeyd edək ki, turun digər matçları yanvarın 19-20-də keçiriləcək.

Türkiyə Super Liqası

XVIII tur

18 yanvar 

“Alanyaspor” – “Kayserispor” – 5:1 

Tsavellas, 38, Bakasetas, 59, Sisse, 62, Fernandes, 84, 90 – Enrike, 87

“Başakşəhər” – “Yeni Malatyaspor” – 4:1 

Viska, 22, Ba, 28, Kahveçi, 34, Tekdemir, 41 – Yahoviç, 64

“Qaziantep” – “Fənərbağça” – 0:2 

Kruze, 51, Vedat, 90

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar