Livanın paytaxtı Beyrutda toqquşmalar zamanı 75 nəfər xəsarət alıb

Livanda aksiyaçılarla güc strukturunun nümayəndələri arasında növbəti toqquşmalar baş verib.“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” Qırmızı XaçCəmiyyətinin Livan bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalar paytaxt Beyrutun mərkəzində, parlament binasının qarşısında baş verib. Qarşıdurmalar zamanı 75 nəfər xəsarət alıb.

"Hazırda Beyrutun mərkəzində toqquşmaların gedişatında xəsarət alan 30 nəfər xəstəxanaya yerləşdirilib. 45vətəndaşa yerindəcə tibbi yardım göstərilib", - deyə Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin bəyanatında bildirilir.

Qeyd edilir ki, zərərçəkənlər arasında aksiyaçılarla yanaşı, güc strukturlarının nümayəndələri də var.

Zərərçəkənlər gözyaşardıcı qazın tətbiqi və atılan daşlardan xəsarət alıblar. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar