Beynəlxalq müşahidəçilər Ramil Göyüşovun Seçki Qərargahında olub - FOTO

Yanvarın 18-də 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Ramil Göyüşov ATƏT-n uzunmüddətli müşahidəçiləri ilə görüşüb.

Namizədin Seçki Qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, görüşdə rayonda seçkiqabağı vəziyyət müzakirə olunub. Beynəlxalq müşahidəçilərin diqqətinə çatdırılıb ki, seçki günü müşahidə missiyasının Android, İOS sistemləri ilə işləməyi bacaran könüllü qrupunun olması, KİV və beynəlxalq müşahidəçilərin iştirakı çox vacibdir. “Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpusları müşahidə aparmaq üçün dəvət edəcəyimizi bildirdik. Qazaxda şəffaf və demokratik seçkinin keçirilməsini bütün dünyaya göstərmək niyyətindəyik”, - qərargahdan verilən məlumatda bildirilir.

Görüş zamanı dövlət başçısı İlham Əliyevin çağırışlarının insanlarda seçki prosesinə böyük inam yaratması xüsusilə vurğulanıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar