Fransız milyarder dünyanın ən varlı adamı siyahısında
Baxiş sayı:
Dərc olunub:
19/01/2020 - 00:28
Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub. Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in siyahısında ilk pillədən aşağı endirib.
Bu haqda “Forbes” dərgisi məlumat verib.
Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.
“Amazon” şirkətində isə tam əksinə, səhmlər 0,7 faiz aşağı düşüb. Nəticəsə Ceff Bezos 760 milyon dollar itirib.
Hazırda Bernard Arnaultun sərvəti 117, Ceff Bezosun isə 115,6 milyard dollar təşkil edir.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.