Bakıda avtomobil şagirdi vuraraq öldürüb
Baxiş sayı:
Dərc olunub:
19/01/2020 - 08:56
Bakıda məktəblinin ölümü lə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatıdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmık mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.