Qadın boksçulardan ibarət Azərbaycan yığması hazırlığa başlayıb

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Apasport.az saytının məlumatına görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar