Yunanıstan Aİ-nin Liviya üzrə qərarına veto qoymaqla hədələyir – Türkiyəyə görə

Türkiyə ilə dəniz zonaları barədə saziş ləğv olunmasa, Yunanıstan Avropa İttifaqının (Aİ) Liviya barədə siyasi qərarına veto qoya bilər.

Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bəyan edib («Alpa» telekanalı).

Sİyasətçinin sözlərinə görə, bu barədə Aİ-dan olan həmkarlarına, Avropa Komissiyasının sədrinə, Avropa Şurasının sədrinə məlumat verib.

Barəsində söhbət gedən saziş Türkiyə ilə beynəlxalq səviyyədə tanınmış Milli Razılıq Hökuməti (MRH) arasında bağlanıb. O, hərbi əməkdaşlığı və dəniz zonalarının bölünməsini nəzərdə tutur. 

Yunanıstan hesab edir ki, Türkiyə tərəfindən müəyyən olunmuş dəniz zonaları onun suveren hüquqlarını pozur və sazişin qeyri-qanuni elan olunmasına çalışır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar