Pompeo Berlində Çavuşoğlu ilə danışıqlar aparıb

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik” - deyə, o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar