Krasnaya polyanaya şaman dəvət olunub – Qar yağdırmaq üçün...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Sibirin ən güclü şamanlarından biri İrqaş «Krasnaya polyana» kurortuna dəvət olunub. Bu barədə kurortun saytnıda xəbər verilir.

Bu həftənin sonunda o, kurortun qonaqlarını belə ritualların Dağlıq Şoriyada və Altayda necə baş verdiyi ilə tanış edib və onlara ümumi məqsədə çatmaq üçün olan adətlərdə iştirak etməyə izn verib.

Şaman İrqaşın fikrincə, ən başlıcası – adətləri ürəkdən icra etmək və ruhlar üçün yemək-içmək hazırlamaqdan ibarətdir. Ritual iştirakçıları «od üzərindən ruhlara çörək, ət və şirniyyat yedizdiriblər, bəzi turistlər isə imkandan istifadə etməklə, digər şəhərlər üçün də qar istəyiblər».

Şaman "Krasnaya Polyana"ya yanvarın 11-də gəlib.

«İrqaşın orada olduğu müddətdə dağlarda havanın temperaturu meteoroloqların proqnozları ilə müqayisədə 7 dərəcə aşağı düşüb. İrqaşın qeyd etdiyi kimi, indi "Krasnaya Polyana" dağlarında qar yağmasını və ardınca da temperaturun düşməsini gözlmək olar» - xəbərdə deyilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar