Bakı-Quba yolunda zəncirvari qəza - 6 səhiyyə işçisi xəsarət alıb (FOTOLAR)

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. 

Zəncirvari qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim). 

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar