Biləsuvarda avtomobildən 1,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbiri zamanı 1,5 kiloqramdan artıq psixatrop maddə və narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Report"un Muğan bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram narkotik vasitə heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram psixatrop maddə olan metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni “Qulam” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar