TPAO Türkiyənin 7 şəhərində neft axtaracaq

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Türkiyənin 7 şəhərində neft axtaracaq.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi (PİGM) TPAO-ya Türkiyənin 7 şəhərində 9 müxtəlif ərazidə neft axtarışına dair lisenziya verib.

Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

635x100

Şərhlər

t.ədalət 2020-01-20 15:54:04

Türkiyənin İraqla sərhədləri boyu ərazilər böyük neft yataqlarıdır.Sayın Ərdoğan Türkiyəni bağımsız bir dövlətə çevirə,yəni ABŞ-ın nəzarətindən kənara çılxara bilsə,əlbəttə, həmin yataqlardan istifadə edə biləcək.Avtomobil və silah istehsalı sahəsində qazanılan uğurlar onu göstərir ki,Türkiyə özünün təbii ehtiyatlarının da sahibi olacaq.Asılılığın nümunəsi kimi,onu deyək ki,hərbi məqsədlə istehsal olunan "land rever" avtomobili üçün İngiltərəyə hər il təqribən beş yüz milyon dollar patent ödəyir.

Son yazılar