İranın Xarici İşlər naziri Davos İqtisadi Forumunda iştirakdan imtina edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.

APA-nın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"İranın Xarici İşlər nazirinin Davosdakı iqtisadi forumda iştirak etmək üçün İsveçrəyə səfəri planlaşdırıldı. Lakin rəsmi dəvətə baxmayaraq, nazir proqramın gündəliyini dəyişdirib və bu səbəbdən Davosa səfər baş tutmayacaq", - deyə A. Musəvi qeyd edib.

A. Musəvi M. C. Zərifin Davos səfərindən imtina etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, yanvarın 21-24-də Davosda yubiley, 50-ci Dünya İqtisadi Forumu keçiriləcək. Tədbirin iş proqramında 600-dən çox məruzəçinin iştirak edəcəyi 400-ə yaxın iclas yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar