Prezidentin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün çağırış edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nobel Sülh Mükafatının SSRİ-nin sabiq Prezidenti Mixail Qorbaçovdan geri alınması üçün Azərbaycandakı ictimai təşkilatlara çağırış edib.

APA-nın məlumatına görə, H. Hacıyev deyib ki, həmin dövrdə SSRİ-yə rəhbərlik etmiş, 20 Yanvar hadisələrinin törədilməsi ilə bağlı qərar vermiş Mixail Qorbaçova 20 Yanvar faciəsindən bir neçə ay sonra Nobel Sülh Mükafatının verilməsi kifayət qədər ziddiyyətli qərardır.

H. Hacıyev bildirib ki, Nobel Sülh Mükafatının verilməsi üzrə komitənin öhdəlikləri sırasında bu qəbildən olan qərarların nəzərdən keçirilməsi kimi məsələlər də var: “Amma onu da nəzərə almaq lazımdır ki, sülh sahəsində Nobel mükafatını təqdim edən komitə ictimai əsaslarla çalışır, dövlətlər tərəfindən daxil olan müraciətləri qəbul etmir. Ona görə də ictimai müstəvidə fəal işin aparılmasına ehtiyac var. Düşünürük ki, beynəlxalq ictimaiyyət və ölkənin ictimai təşkilatları səviyyəsində bu istiqamətdə addımların atılması və sülh sahəsində Nobel mükafatını təqdim edən komitəyə müraciətlərin göndərilməsi çox vacibdir”.

Xatırladaq ki, H. Hacıyev yanvarın 17-də ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Mixail Qorbaçova verilmiş Nobel Sülh Mükafatını geri almağın hələ də gec olmadığını bəyan edib.

Qeyd edək ki, sülh sahəsində Nobel mükafatı Norveç parlamentinin (Stortinq) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.

635x100

Şərhlər

AQAYEV 2020-01-20 19:10:03

ALLAH qarbacov zəlil etsin baxanda olmasın özünü batırsın zibil icində sürünsün.

Bashirov Qarib 2020-01-20 14:58:59

Primakova yubiley tətbirləri keçirən zehniyyət bu çagrışlarnn nə qədər absurd oldugunu anlamrmı?

Oqtay 2020-01-20 14:45:35

Gücünüz çatmayan iş barədə danışmaq nəyə lazım. boş söhbətdir İctimai təşkilatlara Qarabağ barədə çağırış etmək lazımdır

tahir 2020-01-20 13:24:06

Vsyo!!!!! Qarabagı alıdıq!!!! URRRRAAAAA! Amma mən bilən 10-15 il əvvəl Qorbaçova az qala edam cəzası haqqında guruldayırdıq.İndi noooldu statyasını niyə yumşaltdıq, hıy?Bu gedişlə 10-15 ilə pul cərməsinə qədər düşərik.Elə bil ki, 90 olan yerdə 110 la keçib....

Hellas 2020-01-20 12:49:25

SSRI ni daqitmaq ushun milyardlar xercleyen kapitalistler qorbatiya mukafati ele bele vetmeyiblet ki hansisa luklanin yeklifi ile geri slsinlar

Son yazılar