Ağsuda 20 Yanvar faciəsinin qurbanları anılıb - FOTO

Ağsuda ictimaiyyəti 20 Yanvar faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönəldilən bir qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

Bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkına gələn minlərlə sakinin keçirdiyi anım mərasimində bir daha yad olunub.

Mərasimdə Qafqaz müsəlmanları idarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Nurəddin İslamov şəhidlərin ruhuna dua oxuyub.

Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.

Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar sıx cərgələrlə xatirə kompleksinə qərənfillər düzüblər.

Daha sonra izdiham şəhərdəki şəhid məzarlığına gələrək qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.







635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar