Qeorqi Kutoyanın cəsədində zorakılıq əlamətləri tapılmayıb

Mütəxəssislər ötən həftə odlu silahdan ölən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Qeorqi Kutoyanın bədənində zorakılıq əlamətləri aşkar etməyiblər.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Q. Kutoyanın meyiti yanvarın 17-də Yerevandakı mənzilində aşkar edilib. Xarici baxış zamanı onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Bundan əvvəl jurnalistlərə açıqlamasında Ermənistanın Baş prokuroru Artur Davtyan araşdırmanın Kutoyanın intihar etdiyinə əsas verdiyini bildirmişdi. O, bütün versiyaların araşdırılacağını və ölüm səbəbinin hərtərəfli öyrəniləcəyini vurğulamışdı.

Hadisə ilə bağlı "Ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Q. Kutoyan 2016-cı ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. O, 2018-ci ilə qədər bu quruma rəhbərlik edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar