Azərbaycan ABŞ-la ticarət dövriyyəsini 8%-ə qədər azaldıb

2019-cu il ərzində Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ümumi dəyəri 791 884,9 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 66 742,65 min dollar və ya 7,77% azdır.

2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 2,38%-ə bərabər olub.

Hesabat dövründə Azərbaycanın ABŞ-a icracının həcmi 24 126,59 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 307 332,07 min dollar və ya 13,74 dəfə azdır.

2019-cu il ərzində Azərbaycanın ABŞ-dan idxalı isə 767 758,31 dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 240 589,42 min dollar və ya 45,63% çoxdur.

Ötən il ərzində Azərbaycanın ABŞ ilə ixracdakı payı ümumi ixracın 0,12%-nə, idxaldakı payı isə ümumi idxalın5,62%-nə bərabərdir.

635x100

Şərhlər

Qarabağ kəndçisi 2020-01-20 23:17:17

ABŞa pomidor-xurma lazım döyül, RF kimi yarı yoldan qatarsın?

Son yazılar