ƏSMƏR ƏLİYEVA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB - Şəhidlərimizin məzarlarını ziyarət edib - FOTOLAR + VİDEO

Bu gün xalqımızın qəhrəmanlıq səlnaməsi olan qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümüdür. XX əsrin sonunda tariximizə qara hərflərlə yazılmış bu faciə bütün ölkədə dərin hüznlə yad edilir. 

Növbədənkənar parlament seçkilərində 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd olan Əsmər Əliyeva da bu gün Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad edib.

Deputatlığa namizəd şəhid valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib. Bütün Azərbaycan xalqının onlara Vətən üçün şəhid olan övladlar yetişdirdikləri üçün minnətdar olduğunu bildirib.   

Sonra Əsmər Əliyeva 20 Yanvar abidəsini ziyarət edərək, abidənin önünə əklil qoyub.














635x100

Şərhlər

Telebe 2020-01-21 01:18:04

Esmer xanimi En cox seven ve destekleyen onun telebeleridir. Biz onun bu cemiyyete gerekli olduguna eminik!!

Telebe 2020-01-21 01:16:13

Esmer xanim

Togrul 2020-01-20 17:43:40

Neyse hormetli azpokitika Esmer xanimi yaman terifliyir, chox maraglidi.

Son yazılar