SADİQ QURBANOV TƏŞVİQATA AĞSAQQALLARLA GÖRÜŞDƏN BAŞLADI - Fotolar

Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa rəsmi namizədi Sadiq Qurbanov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərə başlayıb.

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, S.Qurbanov kampaniyanı ayrı-ayrılıqda Siyəzən və Şabran rayonlarının ağsaqqalları ilə görüşdən başlayıb. S.Qurbanov namizədlər qarşısında çıxış edib, onlardan xeyir-dua istəyib. Səmimi atmosferdə keçən görüşdə Siyəzən və Şabran rayonunun ağsaqqalları YAP-ın namizədinə dəstək ifadə edib, ona uğurlar diləyiblər.

Bundan başqa, son 3 gündə S.Qurbanov Siyəzən rayonunun Sədan, Dağ Quşçu, Məşrif, Şabran rayonunun Əmirxanlı və Vələsli kəndlərində görüşlər keçirib, seçicilərə öz planları barədə danışıb, onları dinləyib.

Bu gün isə S.Qurbanov Şabran rayonundakı Şəhidlər Xiyabanını ziyarət edib, həmçinin Zeyvə kəndində Aprel şəhidi Babək Abidovun ailəsinə və onun ev müzeyinə baş çəkib. Bu ev müzeyini şəhidin ailəsi dövlətdən aldığı 11 min manat kompensasiya ilə yaradıb. 

Seçki qərargahından verilən məlumata görə, S.Qurbanovun təşviqat kampaniyası davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar