Mingəçevirdə ehtiyatsızlıq üzündən qardaş və bacı yanıb

Mingəçevirdə ehtiyatsızlıq üzündən azyaşlı qardaş və bacı yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivi, 13-cü küçədəki fərdi təsərrüfatlardan birində baş verib.

Ehtiyatsız davranışları nəticəsində qaynar su ilə dolu qab aşaraq azyaşlı qardaş və bacının üzərinə dağılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü Hüseyn Taleh oğlu Qorçiyev və onun 2012-ci il təvəllüdlü bacısı Zəhra Qorçiyeva xəstəxanaya yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar