AQİYƏ NAXÇIVANLI OĞUZDA ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB - FOTOLAR

20 Yanvar 2020-ci il tarixdə 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Aqiyə Həbib qızı Naxçıvanlı Oğuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib. 

Aqiyə Naxçıvanlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində şəhidlik zirvəsinə uçalmış oğuzluların məzarları önünə gül-çiçək dəstələri qoyub, onların xatirəsini ehtiramla yad edib.

Rayonun ağsaqqalları, deputatlığa namizədin vəkilləri, seçki qərargahının üzvləri, gənclər, YAP Oğuz Rayon Təşkilatının fəalları mərasimdə iştirak ediblər.

Daha sonra mərasim iştirakçıları tərəfindən 20 Yanvar faciəsinə ilk olaraq siyasi qiymət vermiş, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb.

Deputatlığa namizəd Aqiyə Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar