“Finex Kredit”-də böyük artım - Bütün göstəricilərini yaxşılaşdırıb

18 yanvar 2020-ci il tarixində “FİNEX KREDİT” BOKT ASC-nin 2019-cu ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.

“AzPolitika.info” xəbər verir ki, hesabat dövründə cəmiyyətin bütün göstəriciləri müsbət dinamika nümayiş etdirib.

Belə ki, “FİNEX KREDİT”-in aktivləri 136%, nizamnamə kapitalı 159,4%, kredit portfeli 126%, müştəri sayı 134%, ümumi gəlirləri 153%, mənfəəti isə 190% artıb. 2019-cu ilin balans mənfəəti 360075 manat olub. 1 yanvar 2020-ci il tarixinə şirkətin məcmu kapitalı 1.660.130 manat təşkil edib.

Kapitalın artımı 2020-ci ildə də davam etdiriləcək. Ümumi yığıncaqda digər məsələlərlə yanaşı “FİNEX KREDİT” BOKT ASC-nin 2020-2022-ci illər üçün 3 illik inkişaf strategiyası təsdiq edilib.

Xatırladaq ki, “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildə dövlət qeydiyyatından keçib. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurub. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan audit şirkətidir.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar