AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib
Baxiş sayı:
Dərc olunub:
21/01/2020 - 12:10
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 21-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 785,4 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.