Kenan Işık altı il sonra komadan ayıldı

Türkiyənin məşhur aparıcısı Kənan İşık komadan ayılıb.

Medicina.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 6 ildir komada olan 72 yaşlı aparıcı artıq evə buraxılıb və müalicəsini evdə davam etdirəcək. Onun həyat yoldaşı B. İşıq bildirib ki, hər şeyi eşitsə də, hələ reaksiya vermir. Lakin gözləri ilə ünsiyyət qura bilir. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq indi, o özünü oturduğu yerdə sərbəst saxlaya bilir.

Məşhur aparıcı 2014-cü ilin martın 21-də saunadan çıxarkən ayağı sürüşüb və başı yerə dəydiyi üçün komaya düşmüşdü.

Xatırladaq ki, Kənan İşık "Kim milyoner olmak ister?" intellektual şousunun aparıcısı kimi tanınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar