Əsmər Əliyeva Qarabağ əlilləri və veteranları ilə görüşüb - FOTOLAR + VİDEO

46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın təbliğat–təşviqat görüşləri davam edir.

"AzPolitika.info" xəbər verir ki, namizəd bu dəfə Seçki Qərargahında Qarabağ əlilləri və veteranları ilə görüşüb.

Görüşdə Əsmər Əliyeva Qarabağ əlillərini və veteranlarını salamlayaraq bildirdi ki, sizlər hər bir vətəndaşın diqqət mərkəzində olmalısınız: “Sizlərə hər bir Azərbaycan vətəndaşı hörmətlə yanaşmalıdır. Çünki Sizlər bunu, canınız bahasına torpaqlarımızın yağı düşməndən müdafiəsi zamanı qəhrəmanlığınızla haqq etmisiniz.

Çox sağ olsun ölkəmizin Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ki, sizlərin məişət, mənzil, sosial problemlərinizi kökündən həll edirlər. Sizlər dövlətin qayğısıyla hərtərəfli əhatə olunmusunuz və buna layiqsiniz də.

Bildiyiniz kimi, qarşıdan növbədənkənar parlament seçkisi gəlir. Mən - Əsmər Əliyeva 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Ona görə də, təbliğat və təşviqat kampaniyasına başlayanda ilk görüşüm şəhid ailələri və Sizlər oldunuz. Sizlərlə görüşüb həmsöhbət olmaq xoş bir hadisə kimi yaddaşımda qalacaq.

Diqqətinizə çatdırıram ki, millət vəkili seçilərəmsə, Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin - ümumiyyətlə bu kateqoriyadan olan insanları - daim diqqətimdə saxlayacam, qarşıya çıxacaq problemlərinizin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bir daha sizlərə dərin hörmət və ehtiramımı bildirərək, xoş arzularımı çatdırıram”.

Qarabağ əlillərindən və veteranlardan Qəhrəmanov Mehman Rəhman oğlu və Məlikov Rahil Sahil oğlu çıxış edərək, ailəlikcə Əsmər Əliyevaya səs verəcəklərini bildirdilər. Onlar bütün şirvanlıları da Əsmər Əliyevaya səs verməyə çağırdılar.\

635x100

Şərhlər

Orxan 2020-01-21 16:58:55

Uğurlar Əsmər xanım!

Son yazılar