RAQİF MURADOV SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRƏ BAŞLADI - Fotolar

Növbədənkənar parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov təbliğat-təşviqat görüşlərinə başlayıb.

Raqif Muradov seçicilərlə görüşlərinə İmişli rayonunun Göbəktala kəndində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş kapitan Nəcməddin Akif oğlu Savalanovun məzarını ziyarət etməklə start verib. 

Deputatlığa namizəd şəhidimizin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad edib.

Eyni zamanda kənd sakinlərilə görüşərək, onlara öz seçki platforması haqqında məlumat verib.

Bundan sonra deputatlığa namizəd İmişli rayonunun Qaragüvəndikli, Qızılkənd kəndlərində seçicilərlə görüşərək, onların problemlərini dinləyib, deputat seçiləcəyi halda görəcəyi işlər haqqında məlumat verin.  

Raqif Muradov Qızılkənddə olarkən şəhid anasını da ziyarət edib, ona öz ehtiramını bildirib.

Deputatlığa namizəd 80 saylı Seçki Dairəsinin ərazisinə düşən Beyləqan rayonunun kəndlərində də seçicilərlə görüşlər keçirir. Belə görüşlərdən biri bu gün rayonun İmamverdi kəndində olub.  Bu gün həmçinin Beyləqan rayonunun Qaralılalar kəndində seçicilərlə görüşüb. 

Qeyd edək ki, əslən İmişli rayonundan olan Raqif Muradov nəinki rayonda, ümumiyyətlə həmin bölgədə böyük nüfuza malik şəxslərdən biridir. Vaxtilə yüksək vəzifələrdə işləmiş Raqif Muradovun keçdiyi həyat yolu, eldə-obada olan hörməti, İmişli və Beyləqan camaatının şəxsinə olan münasibəti onun dairədə deputatlığa əsas namizədlərdən biri və bəlkə də birincisi olduğunu söyləməyə əsas verir. 

Əlbəttə, son sözü seçicilər deyəcək!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar