Aqiyə Naxçıvanlı Oğuzda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqiyə Naxçıvanlı bu gün Oğuz rayonunun Xalxal kəndində Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşü YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov açıb. O, seçkilər barədə geniş məlumat verdikdən sonra dövlətimizin iqtisadi nailiyyətləri barədə danışıb.

Sonra söz deputatlığa namizədin vəkili Emin Əzimliyə verilib. Emin Əzimli Aqiyə xanımın deputatlıq dövründə gördüyü işləri sadalayıb, onun seçicilərə etdiyi köməkliklər, hər kəs üçün əlçatan olması barədə danışıb.

Bunlarla bərabər Aqiyə xanımın Milli Məclisdə komitə sədri kimi fəaliyyəti haqqında da cəmiyyətin məlumatlı olmasını vurğulayaraq, onun övladlarımızın zərərli vərdişlərdən qorunması, qadın hüquqları, gender bərabərliyi sahəsində gördüyü işlərdən söhbət açıb.

Sonda Aqiyə xanım çıxış edərək, gördüyü işləri vətəninə, xalqına xidmət olaraq etdiyini, bunu özünə borc bildiyini söyləyib. O, gələcək fəaliyyətini də bu prinsipləri əsas tutaraq davam etdirəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar