“Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə yola düşüb

"Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə yola düşüb.

Səfərin məqsədi müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları məhdud olan şəxslər üçün qeydiyyatdan keçməyə şərait yaratmaqdır.

Yanvarın 21-də Bakıdan yola düşən avtobusların hərəkət istiqamətlərinə uyğun səfərin ilk günündə Sumqayıt (9:00-14:00), Hacıqabul (10:00-13:00), Şirvan (14:00- 16:30) və Siyəzən (15:00-18:00) şəhərlərində görüşlər nəzərdə tutulub.

­­Daha sonra ardıcıl olaraq yanvarın 22-də Salyan (9:30-11:30), Biləsuvar (13:00- 15:00), Masallı (16:00-18:00), Şabran (9:30-12:00), Quba (13:00-16:00), yanvarın 23-də Qusar (09:30-12:00), Xaçmaz (13:30-17:30), Lənkəran (09:30- 13:30), Astara (15:00-17:00), yanvarın 24-də Neftçala (12:00-14:00), Şamaxı (10:00-13:00), İsmayıllı (14:30-18:00), yanvarın 25-də Qəbələ (09:30-13:00), Şəki (14:00), yanvarın 26-da Balakən (14:00), Zaqatala(10:00-13:00) rayonlarına səfər planlaşdırılıb.

Regionlarda səyyar qeydiyyat prosesinə Gənclər və İdman Nazirliyinin yerli idarələri, Gənclər fondu, Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən “Karyera inkişaf mərkəzləri”, Gənclər mərkəzləri və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən dəstək verilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

Müsabiqənin qeydiyyat mərhələsi fevralın 2-də yekunlaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar