Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Bu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,21% artıb.

2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 81,3 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat təşkil edib.

635x100

Şərhlər

İşsiz Mühasib 2020-01-21 22:24:20

Bu yalan faizlərlə biz hara gedirik? Əhalinin 35-40 faizi işsizdir.Bu rəsmi rəqəmlər kimə gərəkdir.Yalandan rəqəmlər ortaya çıxarıb prezidenti aldadırsınız.Bir kabinetdən çıxıb küçələrə diqqət edin.Çayxanalara,körpölər altına yığılan işsizlərə,bazar və ticarət mərkəzlərindəki işsizlərə,evlərdə işsiz oturn qadınlara diqqət etsəniz bunun təsdiqini taparsınız ki, əhalinin 35-40 faizi işsizdir. Belə yanlış "rəsmi" rəəmlərlə biz hara gedirik?you

Son yazılar