Donald Tramp özünü Lüter Kinqlə müqayisə edib – "Əladır!"
Amerika Birləmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp öz nailiyyətlərini qara amerikalıların hüquqları uğrunda mübariz doktor Martin Lüter Kinqin uğurları ilə müqayisə edib. Hüquq müdafiəçisinin doğum günündə yanvarın 15-də prezident «özünü tərifləyib» ki, qara dərili amerikalılar arasında işsizliyi ağağı salmaq ona müyyəssər olub. Bu barədə Britaniyanın «The Independent» nəşri yazıb.
«Düz 3 il əvvəl, 20 yanvar 2017-ci ildə and içmişəm. Tam yerinə düşər ki, bu gün həm də kiçik Martin Lüter Kinqin günüdür. Ədadır!» - deyə, Ağ Evin başçısı yazıb.
Ağ Evin müşaviri Kellien Konuey bəyan edib ki, prezident Kinqin irəli sürdüyü «bir çox ideyalarla, o cümlədən, «vahidlik və bərabərlik» ideyaları ilə razıdır. Xanım Koney həm də ehtimal edib ki, qaradarililərin hüquqlarının müdafiəçisi (o, 1968-ci ilin aprelində öldürülüb) senatdakı impicment prosesinin (ölkəni ikiyə bölür) əleyhinə olardı. Administrasiya Kinqin doğum günü münasibətilə heç bir kütləvi tədbir planlamır.
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.