Rusiyada nadir zümrüd tapıldı - 55 min dollar

Rusiyanın Sverdlovsk vilayətində Mariinsk mədənində nadir zümrüd tapılıb. Trend-in məlumatına görə, çəkisi 0,5 kiloqram olan zümrüdün qiyməti 55 min dollar məbləğində dəyərləndirilir.

Qeyd olunur ki, zümrüd rənginə görə birinci, sortuna görə ikinci kateqoriyaya aid edilir.

Həmin qiymətli daş yerin 260 metr dərinliyində aşkar edilib. Zümrüdü tapan mədənçilərə pul mükafatı verilməsi nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar