Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb - Pulsuz işləyəcək

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.

"Report" İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

635x100

Şərhlər

t.ədalət 2020-01-22 11:21:35

Arzu edək ki,Türkiyə ərazisindən keçməklə,tezliklə Bakı-Naxçıvan qatarı da işə düşsün.

Son yazılar