Azərbaycanın Gürcüstandan avtomobil idxalı kəskin artıb

2019-cu ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı əvvəlki illə müqayisədə 86,4% və ya 11 269 ədəd artaraq 24 314-ə çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə idxal edilən avtomobillərin ümumi dəyəri 248 769,9 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 31,1% və ya 59 047,4 min dollar çoxdur.

2018-ci ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 13 045 ədəd, ümumi dəyəri isə 189 722,5 min dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar