Aqiyə Naxçıvanlı daha 3 kənddə seçicilərlə görüşüb - FOTOLAR

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının təbligat kampaniyası “Daha güclü Azərbaycan naminə!” şüarı altında davam edir.

Yanvarın 22-də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun Kərimli kəndində seçicilərlə görüşüb.

Aqiyə Naxçıvanlı seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkürünü bildirdi. O, çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipinə söykənən siyasəti ilə böyük uğurlar əldə edib.  

“Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb”, - Aqiyə Naxçıvanlı bildirib. 

Kərimli kənd sakinləri Xaliq Babayev, Vahid Paşayev, Ələddin Nəcməddinov və Sahib Caniyev çıxış edərək Prezident İlham Əliyevin ölkədə apardığı islahatlardan, ümumilikdə onun siyasətindən razı qaldıqlarını və bu siyasi kursu dəstəklədiklərini bildirdilər. 

Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğıkeşliyindən, humanizm prinsipini üstün tutmasından razılıq hisslərini ifadə etdilər.

Seçicilər Aqiyə xanımın bundan əvvəlki çağırışlarda da Oğuzun deputatı kimi kəndin problemləri ilə maraqlandığını, ona müraciət edən seçiciləri dinləyərək, həllinə yaxından köməklik göstərdiyini qeyd ediblər. 

Sakinlərə təşəkkür edən Aqiyə Naxçıvanlı onları 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa səsləyib.

Sonra Qarabaldır kəndinə gedən Aqiyə Naxçıvanlı sakinlərlə görüşdü, onları narahat edən məsələlərlə maraqlandı. O, seçicilərə deputat kimi indiyədək gördüyü işlərin hesabatını verdi və YAP-ın platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırdı.

Bu gün saat 15:00-da isə deputatlığa namizəd Oğuz rayonunun Bayan kəndində seçicilərlə görüş keçirdi. Görüşü YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov açdı. O, seçkilər, dövlətimizin iqtisadi nailiyyətləri barədə ətraflı məlumat verdi.

Sonra söz deputatın vəkili Emin Əzimliyə verildi. Emin Əzimli Aqiyə xanımın deputatlıq dövründə gördüyü işləri sadaladı, onun seçicilərə etdiyi köməkliklər, hər kəs üçün əlçatan olması barədə danışdı.

Bayan kənd sakinlərindən Rüfət Soltanov, Pərviz Verdiyev, Abid Məhərrəmov, Orxan Rəsulov və başqaqları çıxış edərək Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründə kəndin problemləri ilə bağlı yaxından maraqlandığını və köməklik göstərdiyini söylədilər.

Sonda Aqiyə xanım çıxış edərək gördüyü işləri vətəninə, xalqına xidmət olaraq etdiyini, bunu özünə borc bildiyini, gələcək fəaliyyətində də bunları əsas tutaraq davam edəcəyini bildirdi. O, kənd seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində fəal olmağa çağırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar