Xanhüseyin Kazımlını kim əvəz edəcək? – İki namizədin şansı var...

Məlum olduğu kimi, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı növbədənkəınar seçkilərdə iştirak etməsə də, qızı Əsli Kazımova 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Partiya sədrinin deputat olduğu 66 saylı Biləsuvar Seçki Dairəsində isə maraqlı mənzərə yaranıb.

Hakim Yeni Azərbaycan Partiyası bu dairədən Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazovanın namizədliyini irəli sürüb. Ümumilikdə 12 nəfərin namizədliyinin qeydə alındığı dairədə YAP-dan başqa Müsavat və AVP-nin də nümayəndələri var.

DSK-nın təqdim etdiyi siyahıda “Paşa Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəri Bəhruz Məhərrəmovun və Gömrük Akademiyasının Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Araz Aslanlının adları diqqət çəkir. A.Aslanlı seçkiyə 3 gün qalmış sənədlərini DSK-ya təqdim edib, bir gün içində namizədliyi təsdiq olunub, imza vərəqləri alıb və ertəsi günü imzaları təhvil verib. Namizəd bu barədə “Facebook” səhifəsində belə bir qeyd yazmışdı: “1 həftə öncə seçkilərdə iştirak etməməklə bağlı fikrimin hələ də qüvvədə olduğunu elan etdikdən sonra əvvəlkindən də çox və daha təkidli müraciətlər aldım. Mənim tərəddüdüm xüsusilə, harada daha yaxşı töhfə verə biləcəyim, harada daha faydalı ola biləcəyim məsələsiylə bağlıydı...”

Bu dairədən kimin deputat mandatı alacağı barədə əvvəldən mühalizələr yürütmək çətin olsa da, hər halda YAP-ın rəsmi namizədinin əsas namizəd olduğu şübhə doğurur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar