67 yaşlı kişi dəm qazından ölüb

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 67 yaşlı Hüseynov Oktay Qarakişi oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar