Son 3 ildə Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 26% azaldıb

Ötən il Gürcüstan Azərbaycandan 93 765,4 min dollar dəyərində 170 918,4 ton neft və neft məhsulları idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

2018-ci illə müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan neft və neft məhsullarının həcmi 10 106,5 ton və yaxud 6% azalıb. 2017-ci illə müqayisədə isə azalma 26%-ə bərabər olub.

2019-cu ildə Gürcüstan ümumilikdə 756 969,7 min dollar dəyərində neft və neft məhsulları alıb ki, bu da illik müqayisədə 12,4% azdır.

Hesabat ilində Azərbaycanın qonşu ölkənin qeyd olunan məhsulun idxalındakı payı 12,3% təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar