"Seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə fəal olmağa çağırıram" - Aqiyə Naxçıvanlı 4 kənddə seçicilərlə görüşdü (Fotolar)

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı bu gün təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun daha dörd kəndınin seçiciləri ilə görüşdü. Rayonun Yaqublu, Top, Yenikənd və Zərrab kəndlərinin seçiciləri Aqiyə Naxçıvanlını səmimi qarşıladılar.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən, beynəlxalq aləmdəki nüfuzundan danışıb.

Deputatlığa namizədin vəkili Emin Əzimli öz çıxışında Aqiyə Naxçıvanlının rayonda seçicilərinin problemləri ilə daima maraqlandığını və həllinə çalışdığını qeyd edib.

Aqiyə Naxçıvanlı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verib. Ötən dövrdə ona etimad göstərən seçiciləri layiqli şəkildə təmsil etməyə çalışdığını vurğulayan Aqiyə Naxçıvanlı, qısa şəkildə gördüyü işlər barədə danışıb. 

Bildirib ki, əgər seçicilər növbəti dəfə də ona etimad göstərərsə, bundan sonra da öz fəaliyyətini eyni prinsiplər əsasında quracaq. 

"Seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə fəal olmağa çağıram", - namizəd çağırış edib.

Yüksək əhval-ruhiyyədə və səmimi şəraitdə keçən görüşlərdə seçicilər öz dəstəklərini ifadə edərək, görülən işlərdən razılıqlarını bildiriblər.

Görüşlərdə seçicilər adından çıxış edən Rəhman İsmayılov, Arif Əliyev, İmran Verdiyev, İlham Manafov və Qadir Abdullayev qeyd ediblər ki, hər zaman dövlətə və dövlətçiliyə sadiqdirlər. 

Onlar fevralın 9-da böyük coşquyla seçki məntəqələrinə gedərək öz seçimlərini rəsmi olaraq təsdiqləyəcəklər.

Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verdilər, təkliflər irəli sürdülər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar